@dashqin, içinde söyledi: DV2021 Azərbaycan Green Card lotereyasi qalibləri
@Masda size bugun gelib mail?mail geldikden sora ne etmeli?
Bəli mənə bu gün gəldi , hal hazırda 9-minlərə çatıb. Mail gəldikdən sonra aşağıdakı sənədləri scan edib KCC - yə yollamaq lazımdır. Scanı özünüz də edə bilərsiniz.
Lazım olan sənədlər:
(Evlisinizsə sənədlər ailə üzvlərinizə də aid olunur)
1. Xarici passportun şəkil olan hissəsi (tərcümə təsdiq lazım deyil) (Ad soyad dəyişikliyiniz olubsa, passport yeni ad soyadla olmalıdır)
2. Doğum haqqında şəhadətnamə (tərcümə təsdiq edilsin)
3. Hərbi bilet (tərcümə təsdiq edilsin)
4. Subaylıq arayışı - 18 yaşı tamam olmuş hər şəxs üçün (tərcümə təsdiq edilsin)
5. Nigah şəhadətnaməsi - evlisinizsə (tərcümə təsdiq edilsin)
6. Boşanma haqqında şəhadətnamə - bütün əvvəlki evliliklərdən boşanma haqqında şəhadətnamə (tərcümə təsdiq edilsin)
7. Ölüm haqqında şəhadətnamə- əgər keçmiş həyat yoldaşınız vəfat edibsə bu sənəd tələb olunur (tərcümə təsdiq edilsin)
8. Məhkumluq arayışı-16 yaşı tamamlanmış hər şəxs üçün (Azərbaycandan və yaşadığınız xarici ölkədən), əgər nə vaxtsa ad soyad dəyişikliyi olubsa onun üçün də məhkumluq arayışı - (tərcümə təsdiq edilsin)
9. Əgər nə vaxtsa məhkumluğunuz olubsa onunla bağlı sənəd.
Subaylıq Arayışından başqa (Subaylıq Arayışını yaşadığınız rayonun Nigah Evindən ala bilərsiniz) hamısını Asan Xidmətdə və yaxud 1-nömrəli notariusda elətdirə bilərsiniz. Uğurlar