@faridizym, içinde söyledi: DV2022 Azərbaycan Green Card lotereyasi qalibləri
Salamlar hər kəsə. Mən bu il universiteti bitirib iyul ayında hərbi xidmətə yola düşəcəm. May ayında green kart qazansam hərbi xidmətə gedib gələndən sonra müsahibə və digər mərhələlərdən keçə bilərəm? Araşdırdığıma görə DS-260 formunu nə qədər tez doldursam o qədər yaxşıdır.Əsas da case number-dəki növbənin müsahibəyə çağırılacağı aya qədər. Və ən son müsahibə ilk müsahibə başladıqdan 1 il sonra, yəni, gələn ilin sentyabr ayında qədər davam edir. O zamana qədər mənim növbəm çatarsa və normal olaraq hərbi xidmətdə olduğum üçün müsahibəyə gedə bilməsəm bu proseslər necə olacaq? Bunun üçün hansı qurumu necə məlumatlandıra bilərəm? Mənə gələn ilin iyul ayına qədər zaman lazımdır. Daha sonra case numberdəki sıramın keçməsinə rəğmən müsahibələrdə iştirak edə bilərəm mi? Təşəkkür edirəm indidən.
Dediyiniz kimi, fayl nömrəniz müsahibə prosesinizi təyin edəcək. İyuldan sonra hələ 2 ay qalacaq. Göstərilən gün müsahibəyə qatıla bilməsəniz, yenidən konsulluqdan soruşa və müsahibə üçün tarix istəyə bilərsiniz. Təbii ki, bu müddət ərzində müsahibəyə qatılıb -qatılmayacağınıza konsulluq qərar verəcək. Çox vaxt yeni bir müsahibə tarixi verirlər, ancaq son həftələrdə bir müsahibə tarixi verə bilməyəcəklər ...