@Sevinc-Veyisova, içinde söyledi: DV2021 Azərbaycan Green Card lotereyasi qalibləri
Salam. Mene bu gün zeng edib melumatlarimı aldilar. Lakin qalib olmadığımı dediler. Bu ne anlama gelir
Ümumiyyətlə şəxsi məlumatları heç kimə verməyin, case number, confirmation number heç kimə vermək lazım deyil. DV 2022-yə müraciət etmisinizsə onun cavabları açıqlanmayıb hələ, may ayında bilinəcək, qalib olub-olmadığınızı bilə bilməzlər. DV 2021-ə müraciət etmisinizsə, onun cavabını özünüz yoxlaya bilərsiniz. Greencard.az saytı vasitəsilə müraciət etmisinizsə, onlar sizin üçün müraciət edirlər, gələn bilgiləri də özlərində saxlayırlar, qalib olsanız pul qarşılığında bilgiləri sizə verirlər.

