Üyelik oluşturma ve foruma giriş konusunda sorun yaşayan üyelerimiz forum@yesilkartforum.com adresine email gönderebilirler!
DV2023 Talihlileri DV2023 Green Card Çekiliş Aşamaları konusunu inceleyip sorularını yine bu konuda sormalılar!
  • ⭐⭐⭐⭐⭐

    🇦🇿🇦🇿 Green Card Lotereyası qazanan Azərbaycanlı dostları təbrik edirəm. 🇦🇿🇦🇿 Qalib dostlar bu mərhələləri izləməlidirlər: 🇦🇿🇦🇿


    (Qısaca) Siz qazandığınızı öyrəndikdən sonra görüləcək işlər bunlardır:

    • Ərizdə göstərilən bütün Green Kart iştirakçıları üçün DS260 formasını doldurmaq və təqdim etmək

    • Case (fayl) nömrəsinin aktiv olmasını gözləmək

    • Müsahibənin veriləcəyi tarixi gözləmək

    • ABŞ-ın Gürcüstandakı Tiflis Konsulluğunda Viza görüşünə və müsahibəyə hazırlaşmaq

    • Səyahətə hazırlıq və ABŞ-a ilk giriş etmək (vizanın etibarlılıq müddəti bitmədən)


    Qeyd 1: Azərbaycan vətəndaşları üçün immiqrant vizaları ABŞ-ın Gürcüstandakı Tiflis konsulluğunda verilir. Təəssüf ki, Azərbaycanda Amerika konsulluğu immiqrant viza ərizələrini qəbul etmir. Buna görə də həmin qalib yoldaşlar müsahibə üçün Gürcüstana getməlidirlər.

    Qeyd 2: Bunu başa düşmək üçün bu mövzunu iki dəfə oxumağınız faydalıdır . Müddətin özünəməxsus bir xüsusiyyəti olduğundan, buna öyrəşməniz müəyyən bir vaxt tələb edəcəkdir.

    DV2023 aşağıdakı mərhələlərdən ibarətdir:

    1) Dvprogram.state.gov saytından qalib olduğunuzu öyrəndikdən sonra, DS-260 formasını özünüz və ilkin müraciət ərizəsində göstərilən ailə üzvləriniz üçün də tez doldurmaq lazımdır. Əgər ilkin müraciət ərizəsində qeyd etdiyiniz məlumatlarınızda (evlilik, boşanma, doğum və s.) müəyyən bir dəyişiklik olubsa , yeni doldurulacaq olan DS260 formasında məlumatlarınızı yeniləməyi unutmayın!
    Qalib olduğunuzu və sonradan intervyu tarixinizi öyrənə biləcəyiniz yeganə ünvan dvprogram.state.gov internet saytıdır.

    2) DS260 formalarını yesilkartforum.com/cekilis/ internet ünvanında hazırlamış olduğum nümunəyə əsasən doldurun. (Bu paketdə siz DS260 formasında hər bir sualın ingilis dilində olan mənasını anlayacaqsınız)

    DV2022 prosesində müsahibə tarixləri DS-260 formalarının göndərilmə tarixlərinin keçmişdəki "fayl nömrəsi" sırasından daha vacib olduğu bir sıra ilə verilmişdir. Ona görə də ilk günlərdə və həftələrdə formaları doldurub göndərənlər müsahibə tarixini əldə etməkdə üstünlüyə malikdirlər. DV2023 üçün prosesin necə gedəcəyini dəqiq bilməsək də, hər kəsə tövsiyəmiz DS-260 formalarını çox tez, tam və dəqiq şəkildə doldurub təqdim etməkdir.

    Ayrica formalarınızı doldurarkən Youtube Kanalimizi də su videolarından istifadə edə bilərsiniz:

    Formalarınızı doldurduqdan və onlayn göndərdikdən sonra etməniz lazım olan tək şey səbirlə gözləməkdir. DV2022 prosesi 2021-ci ilin oktyabrında başlayacaq və 2022-ci ilin sentyabr ayında başa çatacaq. Bu müddət ərzində yesilkartforum.com forumunda ABŞ-da həyat haqqında olan məlumatları oxumağı və ABŞ-da yaşayan dostların təcrübəsindən faydalanmağı tövsiyyə edirəm.

    Vaxt çizelgesi:

    alt text

    3) Formanı online olaraq doldurduqdan sonra, sonda barkodlaşdırılmış təsdiq səhifəsi alacaqsınız və bu səhifəni özünüzlə birlikdə viza görüşməsinə gedərkən aparmaq lazım olacaq (Sonradan da istənilən vaxt səhifəyə daxil olaraq həmin barkodlu təsdiq səhifəsini əldə edə bilərsiniz).

    4) DS-260 formalarınızı təsdiq edib göndərdikdən və nömrəniz aktiv olduqdan sonra, dvprogram.state.gov ünvanında şəxsi səhifənizə daxil olaraq müsahibə tarixinizi öyrənə bilərsiniz. Müsahibə tarixiniz məlum olduqdan sonra, sizə dvprogram.state.gov səhifəsinə daxil olaraq şəxsi kabinetinizi yoxlamaq üçün KCC-dən bir e-mail gələcək. Bu məlumat ilkin müraciət ərizənizdə qeyd etdiyiniz e-mail ünvanınıza göndəriləcək.

    5) Sizə müsahibə üçün bir tarix təyin olunması üçün case nömrəniz "aktiv" (current) olmalıdır. Viza görüşünüz sıra nömrəniz aktiv yəni cut off olduqda 6 həftə qabaq bəlli olacaq. O şərtlə ki, həmin nömrə aktiv olan müddətə kimi siz Ds260 formasını təsdiq edib göndərmiş olasınız. Sıra nömrələri kiçik olanlar sıra nömrələri yüksək olanlardan öncə görüşə çağırılacaqlar.

    Hansı "case nömrələrinin" aktiv olduğunu hər ay açıqlanan viza bületenindən bilmək olar. Hər ayın 15-nə kimi növbəti viza bülleteni çıxır və açıqlanacaq viza bülletenində “Europe” bölməsində olan "cari" nömrəyə baxmaq lazımdır. Azərbaycan ve Türkiyə “Europe” kateqoriyasında yerləşən ölkələrdəndir.

    Bundan başqa növbəti aylarda açıqlanacaq nömrələr haqqında məlumat visa bülletenində "C. DIVERSITY (DV) IMMIGRANT CATEGORY RANK CUT OFF WHICH WILL APPLY..." başlığı adı altında açıqlanır. Beləliklə, misal üçün biz indi may ayındayıq, həmin ay “İyun” adı altında iyul ayı ərzində görüşə çağrılacaq növbəti sıra nömrələri elan olunacaq.

    Bu link vasitəsilə ötən illərdə hansı nömrələrin hansı aylarda açıqlandığını görə bilərsiniz: https://yesilkartforum.com/bulten/

    Zəhmət olmasa bu ünvana daxil olaraq özünə aid məlumatları excel faylında qeyd edin:

    DV2023 cədvəli: https://bit.ly/3KzLHwc

    Zəhmət olmasa bu tablonu forumda qeydiyyatdan keçən və ya keçməyən bütün DV2023 qalibləri doldursun. Bu, bütün DV2023 qalibləri üçün faydalı bir məlumat olacaqdır.

    DV2020 cədvəli: http://bit.ly/2V0zMOz
    DV2021 cədvəli: https://bit.ly/3csLtWZ
    DV2022 cədvəli:https://bit.ly/3ep3byM

    Sizin sıra nömrəniz aktiv olduqdan sonra görüş tarixinizi dvprogram.state.gov səhifəsinə daxil olaraq öyrənə bilərsiniz. Dvprogram.state.gov səhifəniz yeniləndiyi zaman sizə KCC-dan bir e-mail gələcəkdir. ( Bəzən e-mail gəldikdən 3-4 saat sonra səhifədə məlumatlarınız yenilənmiş olur).

    Müsahibə tarixiniz KCC tərəfindən təyin edilir və sonra sizin şəxsi dosyeniz online olaraq təyin etdiyiniz konsulluğa göndərilir . Azərbaycanda yaşayan Azərbaycanlılar üçün viza görüşü Amerikanın Gürcüstandakı Konsulluğunda keçirilir.


    6) Müsahibə tarixinizi öyrəndikdən sonra etməniz gərəcək şeylər aşağıdakıladır:

    • müsahibə üçün sənədlərin hazırlanması
    • təyin edilmiş tibb mərkəzindən sağlamlıq arayışının alınması
    • Konsulluqda Viza görüşməsi
    • Vizanın alınması və gediş üçün hazırlıqlara başlamaq
    • ABŞ-a daxil olmazdan əvvəl online olaraq USCİS rüsumunun ödənilməsi

    7) Müsahibə üçün aşağıdakı sənədləri hazırlamalısınız:

    Müsahibəyə girəcək hər bir kəs üçün:

    • DV lottery saytında qazandığınızı bildirən məktub
    • Ən azı 6 ay etibarlılıq müddəti olan passport və pasportun biometrik səhifəsinin kopiyası
    • özünüzün və sizinlə səfirliyə gedən hər bir ailə üzvünün arxa fon ağ rəng 5 x5 ölçülü 2 ədəd şəkil
    • DS260 formanızın "confirmation" səhifəsi (ən sonda barkodlu olan səhifə)
    • doğum şəhadətnaməsinin əsli , İngilis dilinə tərcüməsi və notarial təsdiqi (mühasibəyə gedəcək hər bir kəs üçün)
    • Nigah haqqında şəhadətnamə və ingilis dilinə tərcüməsi (əgər evlisinizsə)
    • Əgər boşanmısınızsa , boşanma haqqında şəhadətnamə
    • Xarici ölkədən Məhkumluq haqqında arayış (əgər özünüz və ya digər ailə üzvləriniz hansısa ölkədə ən azı 6 ay yaşamısınızsa həmin ölkədən də polisdən məhkumluq haqqında arayış almaq lazımdır. 16 yaşdan yuxarı şəxslərə aiddir bu. Əgər hal hazırda xaricdəsinizsə və həmin ölkədə olmağınız ən azı 6 aydırsa, həmin ölkədən də məhkumluq haqqında arayış almaq lazımdır)
    • Hərbi bilet - yalnız kişilər üçün (əsgərlikdə olub olmamağınız fərq etmir). Əgər oxuyursunuzsa və hərbi biletiniz yoxdursa, yaşadığınız rayonun voenkomatından sizə hərbi bileti əvəz edən sənəd vermiş olmalıdırlar.
    • Məhkumluq haqqında arayış (evlisinizsə həyat yoldaşınız və 16 yaşdan yuxarı uşaqlar üçün də bu arayışı alın. Bu arayışı 1 günə ASAN xidmətdən ala bilərsiniz. Bu sənədi səfirlikdə görüşünüzə bir iki həftə qalmış alın. Çox erkəndən almağa ehtiyac yoxdur)
      Qeyd: Əgər özünüzün və ya həyat yoldaşınızın başqa soyadı (məsələn qızlıq soyadı) olubsa həmin soyadlar üçün də ayrıca məhkumluq haqqında arayış alınmalıdır.

    Yalnız qalib üçün:

    • Atestat (9 illik məktəbi bitirmək şəhadətnaməsi yox, 11 illik məktəbi bitirmə atestatı). Bu yalnız qalib olmuş şəxsə aiddir. Digər ailə üzvlərinə ehtiyac yoxdur. Attestatınız normalda evinizdə olmalıdır, əgər evinizdə deyilsə böyük ehtimal sonuncu oxuduğunuz universitetdə olmalıdır. Əgər universitet oxumusunuzsa, universitet diplomunu da tərcümə təsdiq etdirib səfirliyə apara bilərsiniz. Əgər hal hazırda universitet oxuyursunuzsa, böyük ehtimal universitetdən atestatın orijinalını almaqda çətinliyiniz ola bilər, keçən ilki qaliblərimizdə də bu çətinlik olmuşdu. Amma istənilən halda almalısınız və attestatın özünü səfirliyə aparmalısınız.

    • Əgər orta təhsil haqqında attestata malik deyilsinizsə keçmiş iş təcrübənizə dair sənəd təqdim etməlisiniz.(Həmin iş təcrübəniz Amerika Əmək Nazirliyi'nın O* net iş bazasının tələblərinə uğun olmalıdır. O*Net OnLine verilənlər bazası iş təcrübələrini beş iş sahəsinə (job zone) bölmüşdür. Əmək Nazirliyi web saytında bir çox işlərdən bəhs edilsə də yalnız müəyyən peşələr green kart lotereyası proqramına iştirak üçün uyğundur. Peşənizə əsaslanaraq green kart lotereyası proqramına qatılmaq istəyirsinizsə, son beş il içində, verilənlər bazasında iş sahəsi (job zone) 4 və ya 5 olan və xüsusi Peşə Hazırlıq səviyyəsi (Specific Vocational Preperation - SVP) 7.0 və ya daha yüksək olan bir peşədə , ən az 2 (iki) illik bir iş təcrübəsinə malik bir işə sahib olmalısınız.

    Qeyd:

    • İngilis dilində olmayan bütün sənədləriniz ingilis dilinə tərcümə olunmalı və notarial qaydada tərcüməçi tərəfindən təsdiq olunmalıdır.
    • Əgər İngilis dili və ya gürcü dili bilmirsinizsə konsulluqda olan müsahibənizə bir tərcüməçi ilə də gedə bilərsiniz.
    • 330 dollar viza rüsumunuzu müsahibə gününüzdə Tiflisdə konsulluğunda ABŞ dolları və ya gürcü larisi ilə nağd şəkildə ödəyə bilərsiniz.
    • Müsahibənizi uğurla keçsəniz pasportunuz konsulluqda qalacaq, səhərisi günü pasportunuz viza vurulmuş şəkildə sizə təqdim olunacaq.

    8.) Sağlamlıq: Viza görüşünüzə xüsusi olaraq təyin olunmuş həkimdən tibbi yoxlanışlar haqqında arayış da aparmalı olacaqsınız. Bu arayışı viza görüşünə daxil olacaq hər bir kəs təqdim etməlidir.

    Sağlamlıq haqqında arayışı alacağınız ünvan:

    International SOS Clinic Baku
    Xətai rayonu, Yusif Səfərov küçəsi 1, AZ 1025, Baku , Azerbaijan
    Tel: (994 12) 489-54 71
    Fax: (994 12) 489-54 70
    E-mail: BAKmarketing@internationalsos.com

    Telefon vasitəsilə xəstəxanada müayinə günü aldıqdan sonra, aşağıdakı sənədlərlə ora yaxınlaşmalısınız:

    • Pasport
    • Konsulluqda görüşünüzü bildirən məktub (dvprogram.state.gov səhifəsindən çap edin)
    • Son zamanlarda çəkilmiş 4 şəkil (3x4)
    • Əvvəllər olunduğunuz peyvəndlərin siyahısı (əgər varsa)

    Qeyd:

    • Sağlamlıq yoxlanışınızı keçdikdən sonra sizə konsulluqda viza görüşünüzə aparmaq üçün bağlı bir zərf veriləcəkdir. Bu zərfi açmaq olmaz !
    • Sizə təqdim olunacaq sağlamlıq haqqında arayış 6 ay ərzində etibarlı olacaqdır. Amerikaya ilk girişinizi sağlamlıq haqqında arayışınızın etibarlılıq müddəti bitənə qədər etməlisiniz.

    Ayrıca olaraq əlavə məlumat üçün bu saytları da nəzərdən keçirə bilərsiniz :

    9) Vizanızı aldıqdan sonra ABŞ-a girməzdən öncə online olaraq 220 $ USCİS rüsumunu ödəməlisiniz. Bu rüsumu ödəməsiniz, Green Kartınız sizə göndərilməyəcəkdir. Ətraflı məlumat üçün su seansını nəzərdən keçirə bilərsiniz: https://yesilkartforum.com/forum/topic/113/uscis-immigrant-fee-ödeme-ekran-görüntüleriyle

    10) Green Kartla ABŞ-da qalma müddətləri lə bağlı ətraflı məlumatları da burdan dəqiqləşdirə bilərsiniz:
    https://yesilkartforum.com/forum/topic/77/green-card-sahiplerinin-abd-dışında-kalış-süreleri

    keywords: Azerbaycan / Azerice / Azeri / Tiflis / Baku / Lotereya / Galip / Qalip

  • ⭐⭐⭐⭐⭐

    Mən Azərbaycan dilini yaxşı bilmirəm. Bu faylın hazırlanmasında mənə köməklik edən forum istifadəçimiz @azeusa - ya çox minnətdaram.

    Lutfen sualınızda sadə bir dillə yazın. Google translate istifadə edərək suallarınıza cavab verəcəyəm.

  • Pinned by  crazycells crazycells 

  • salam bu ilki qalibleri tebrik edirem. ds formunu doldurub gonderdim. bele bir sualim var green cartdan evve yoldasim kanada da tehsul ucun muracite etmisdik unvierstete . bu halda nece ede bilerik kanada vizasina muracite green karti almaq da problem yarada bilermi. green card mene cixib. bu proses nece olur melumati olanlar komeklik ede bilermi


  • @xezer Salam qardas. Tebrik edirem sizi. Biz de qazandiq bu il.
    sizinle nece elaqe yarada bilerik DS 260 formunu doldurmaq ucun bir iki sualim olacaqdi.


  • @xezer Mən tam əmin deyiləm, lakin siz təhsil (immiqrasiya deyil) Kanada vizası üçün müraciət etdiyiniz üçün bu, problem yaratmamalıdır. Greencard aldıqdan sonra məktəbi xəbərdar etsəniz, daha az təhsil haqqı ödəyəcəksiniz. Xoşbəxtlikdən, Kanadadan Amerikaya getmək və 6 ay bitmədən içəri girib çıxmaq asandır. (mən google translate istifadə etdim)


  • @Envestudyblog Salam.Bes bilmirsiz,qalib olduqda attestat isteyirler. daha dogrusu intervuya gederken. menim attestat ise oxudugum universitettedir. ora ise hemiselik baglanib. indi men nece elde edecem onu?

  • ⭐⭐⭐⭐⭐

    @xezer, içinde söyledi: DV2023 Azərbaycan Green Card lotereyasi qalibləri

    salam bu ilki qalibleri tebrik edirem. ds formunu doldurub gonderdim. bele bir sualim var green cartdan evve yoldasim kanada da tehsul ucun muracite etmisdik unvierstete . bu halda nece ede bilerik kanada vizasina muracite green karti almaq da problem yarada bilermi. green card mene cixib. bu proses nece olur melumati olanlar komeklik ede bilermi

    ABŞ və Kanada iki fərqli ölkədir. Ona görə də Kanadaya viza üçün müraciət etmək ABŞ vizası üçün heç bir problem yaratmır. Kanada vizası müraciətinizdə və Yaşıl Kart prosesində sizə uğurlar arzulayıram.

  • ⭐⭐⭐⭐⭐

    @Z-I, içinde söyledi: DV2023 Azərbaycan Green Card lotereyasi qalibləri

    @xezer Salam qardas. Tebrik edirem sizi. Biz de qazandiq bu il.
    sizinle nece elaqe yarada bilerik DS 260 formunu doldurmaq ucun bir iki sualim olacaqdi.

    Suallarınızı bu başlıq altında verə bilərsiniz.

  • ⭐⭐⭐⭐⭐

    @Z-I, içinde söyledi: DV2023 Azərbaycan Green Card lotereyasi qalibləri

    @Envestudyblog Salam.Bes bilmirsiz,qalib olduqda attestat isteyirler. daha dogrusu intervuya gederken. menim attestat ise oxudugum universitettedir. ora ise hemiselik baglanib. indi men nece elde edecem onu?

    Universitet tələbəsisən?


  • @crazycells Yox men 2008 de bitirmişem. Oxuduğum universitet de bağlanıb. Özüm de xaricdeyem.
    İndi o attestatı nece ve hardan alım bilmirem


  • Salam dostlar məndə DV2023 Green Card qalibiyem. Case məndə 30 mindədi. Son vaxtlar nəsə pis yorumlar oxudum grublardan. Sizcə çağrılıb çağrılmama ehtimalım nədir ?

  • ⭐⭐⭐⭐⭐

    @Z-I, içinde söyledi: DV2023 Azərbaycan Green Card lotereyasi qalibləri

    @crazycells Yox men 2008 de bitirmişem. Oxuduğum universitet de bağlanıb. Özüm de xaricdeyem.
    İndi o attestatı nece ve hardan alım bilmirem

    2008-ci ildə bitirib diplom almamısan?

    Əgər diplomu itirmisinizsə və ya heç vaxt almamısınızsa, Təhsil Nazirliyi ilə office@edu.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlaya və ya 146 nömrəsinə zəng edə bilərsiniz, ölkədə bu diplomu sizə yenidən verəcək qurum olmalıdır.

  • ⭐⭐⭐⭐⭐

    @ilkin_bayramzade, içinde söyledi: DV2023 Azərbaycan Green Card lotereyasi qalibləri

    Salam dostlar məndə DV2023 Green Card qalibiyem. Case məndə 30 mindədi. Son vaxtlar nəsə pis yorumlar oxudum grublardan. Sizcə çağrılıb çağrılmama ehtimalım nədir ?

    Təəssüf ki, hansı nömrələrə zəng edəcəyimizi hələ bilmirik. Forumu izləməkdə qalın. DV2023 prosesi başlayandan sonra biz bunu daha aydın görə biləcəyik...


  • Salam herkesi tebrik edirem ilk once. Bir nece sualim olacag. Men Azerbaycan vetendahsiyam ama mulakata insallah Ankarada girecem. Burda konsul 6 ayliq hesab dokumu isteyirler. Bes telebe birisi veya is yeri olmayan biri onu nece gostere biler? TBilisideki sefirlik ancaq arayis isteyir. Ankaradaki sefirliye ele bir arayis teqdim etsey nece olar?


Benzer Başlıklar

Forum kurallarına uymayan veya forum düzenine aykırı davranan üyeler uyarılmadan forumdan çıkarılabilirler. Özellikle gereksiz yeni başlık oluşturacakların dikkatine!

146
Online

22.0k
Users

4.1k
Topics

287.9k
Posts


| | | |

Powered by NodeBB