Salam. Mən g.c. dv2018 qalibiyəm. Lotoreyaya yerli greencard.az sirkəti vasitəsilə qosulmusdum, qalib oldugumu da onlardan 15 may tarixində esitdim. Bildiyimiz kimi, əsas dovlət saytindan qeydiyyatdan kəcməyənənlərin bu sirkətdə odəməli oldugu bir cəriməsi var )) (750$)
Bu cəriməni odədikdən sonra bildim ki case number 19*** lərdədir. Mənim DS260 da sirkət tərəfindən doldurulmusdu. Amma bəzi səhflər var idi və bunlar may ayina qədər də elə qaldi. Məsələn: g.c in gondərilməli oldugu adres hissəsinə Nyu-Yorkda bir adres yazilmisdi ki, bu adresin ustundə AP-a (administrativ proses) qalan və viza ala bilməyən belə olmusdu. Mən isə bubsəhflərə toxunmadim, maya qədər beləcə qaldi.
Bundan sonrasi gozləmək.
Bu arada da facebook da qruplar tapdim, həm Azərbaycandan, həm Turkiyədən. Ali Cihan beydən də məsləhətlər aldim, sag olsun. Acdigi online cədvəldə qeydiyyatdan kecib gozləyirdim, hər gun girib baxirdim ki gorum kim yenilədi statusunu )))
Youtube də videolari izləyirdim, dv2017 qalibi Turqut bəyin videolarini tapdim, izlədim )))
Əvvəllər hec bilməzdim ki, lotoreyada qalib olmaq green cardi qazanmaq demək deyil....
Bir illik bir gozləmədən sonra təxminən aprel ayinin ortalarinda may bulletenində iyun ayi da aciqlanandi, 20 iyun gorus gunumun oldugunu oyrəndim. Bundan sonra SOS klinikasinda zəng edib gun təyin etdik, təxminən may sonu (Qaqarin mostunun altinda) muayinə, analiz və peyvəndlərdən kecdim. Cəmi bir dənə peyvəndləri qalmisdi, onu da mənə vurdular )
Təxminən 300 manat xərcim cixmisdi, rentgeni Mərkəzi klinik xəstəxanada etdirmisdim, hazir idi. 10 gun sonra cavablarim hazir idi.
Bu arada da emailimdən məktub yazib ds 260 in acdirilmasini xahis etmisdik.
Mohtəsəm bir xanimin koməkliyi ilə onu da acib duzəlis edib gondərdim, urəyim tam sakit oldu. Bundan sonra sənədlərimi toplamaga basladim. Bu Sənədlər: attestat, dogum haqqinda səhadətnamə məhkumluq haqqinda arayis, subayliq haqqinda arayis (tərcumə, təsdiqlə birlikdə), bank arayisi, pasportun ilk səhifəsinin kopyasi, bir də səkil. Səkildə də sac uzə, ciyinə dusməməmlidir. Mən iki dəfə dəyisdirməli oldum səkli. Bir də mənim pasportumda İran pecati var idi, narahat olub onu dəyisdirmisdim, təzə pasport alib ds i onunla doldurmusdum. Amma sonra bildim ki bunun bir təsiri yox imis.
Və gorus....
Bizim çox hormətli dostlarimizin yaratdigi whatsapp qrupumuz var idi, 3 nəfərin təsəbbusu ilə 180 nəfərlik qrup yaranmisdi və qrupda kimin nə problemi var, nə məsləhət almaq istəyir danisilirdi. Hami oz suallarina cavab tapirdi. Mən də eləcə. Ona gorə də gorus gunu tam hazir getmisdin.
5 gun qabaqcadan online bilet almisdim, 19 u avtovagzaldan cixib səhər Tbilisiyə catdim. Avtobusun qiyməti 12 AZN.
AİRBNB ilə ev də tutmusdum, vacib deyil ev səfirliyin yaninda olsun. Uber istifadə edə bilərsiniz, 15-20 dəqiqəyə orda olur. Səhəri gun səhər gorusum oldu. Verilən suallar:
Hansi səhərdə orta məktəbi bitirmisiniz? Adi, nomrəsi, hansi kucədə yerləsir
Hansi fənni ən yaxsi oxumusunuz? ( Bu suala hazirliqsiz idim, amma bilirdim ki cografiya həmisə bes olub, ona gorə onun adini verdim)
Azərbaycanda nə is gorursunuz?bu sahə uzrə təhsiliniz varmi?
ABS da nə is gorəcəksiniz? Oxuyacam cavabina verdiyi sual: -oxudugun vaxt necə dolanacan?
-Kartimda pulum var. -Nə qədər? -Təxminən 10000 dollar. :))) Gulumsəmə.... (Tam da 10000 dollar hesaba pul qoymaginiza ehtiyac yoxdur, məndə 9800 idi, Beynəlxalq banka bir gundə qoyub səhəri gun cixarmisdim)
-Orda tanisiniz varmi, bu kimin adresidir?
Vəəə Welcome )))
Səhəri gun saat 2 yə cagirdilar. Pasportum onlarda idi. Axsma 5-6 yacan gozlədib pecatli, vizali pasportumu qaytardilar. Vizanin tarixi SOS da mənə verilən sənədin tarixi ilə hesablanib və 6 aydir.
6 sentyabr Qatar hava yollari ilə Los Angelesə yola dusdum. Mənə verilən sari zərfi əl bagajinda goturmusdum. (guya guvənilir yer bilmisdim. Butun yol boyu qliserin acilib kofeyə qarisib dagilib ustunə.
Aeroportda inspektora zərfi uzadanda uzumə baxmagini deyəsən hec vaxt unutmayacam )))) Amma soylənə soylənə qəbul elədilər zərfi. Diqqətli olun, sizdə dagilan bir sey olmasin və mutləq əl bagajinda goturun sari zərfi. Burda da bir az sorgu sualdan sonra pasportuma gələcəkdə məndən I99 istənəndə acib baxa biləcəkləri pecat vurdular və olkəyə xos gəldim.
3 gun sonra SSN ofisə gedib oldugum adresi verdim onlara, bir həftəyə ssn gəldi.
Green cardin odənisini isə oktyabrda etmisəm )
Bir muddət sonra mənə (verdiyim kohnə adresə) məktub gəldi, məni yenidən uscis ə dəvət edirdilər, barmaq izi ucun. Getdim goturdulər, yeni səkil də cəkdilər. Beləcə dekabrda g.c. da gəldi...
Bu yasil sənədin mənə gəlib catmasina qədər kim mənə nə əziyyət cəkib hamisina cox sag ol deyirəm. Səbr edib komək etdiklərinə gorə.
Bu ilki qaliblərə isə boyuk səbr arzu edirəm.