Forum kurallarına uymayan veya forum düzenine aykırı davranan üyeler uyarılmadan forumdan çıkarılabilirler. Özellikle gereksiz yeni başlık oluşturacakların dikkatine!
Üyelik oluşturma ve foruma giriş konusunda sorun yaşayan üyelerimiz forum@yesilkartforum.com adresine email gönderebilirler!

DV2021 Azərbaycan Green Card lotereyasi qalibləri



  • 🇦🇿🇦🇿 Green Card Lotereyası qazanan Azərbaycanlı dostları təbrik edirəm. 🇦🇿🇦🇿 Qalib dostlar bu mərhələləri izləməlidirlər: 🇦🇿🇦🇿


    (Qısaca) Siz qazandığınızı öyrəndikdən sonra görüləcək işlər bunlardır:

    • Ərizdə göstərilən bütün Green Kart iştirakçıları üçün DS260 formasını doldurmaq və təqdim etmək
    • Sənədləri KCC-yə elektron poçtla göndərmək
    • Case (fayl) nömrəsinin aktiv olmasını gözləmək
    • Müsahibənin veriləcəyi tarixi gözləmək
    • ABŞ-ın Gürcüstandakı Tiflis Konsulluğunda Viza görüşünə və müsahibəyə hazırlaşmaq
    • Səyahətə hazırlıq və ABŞ-a ilk giriş etmək (vizanın etibarlılıq müddəti bitmədən)

    Qeyd 1: Azərbaycan vətəndaşları üçün immiqrant vizaları ABŞ-ın Gürcüstandakı Tiflis konsulluğunda verilir. Təəssüf ki, Azərbaycanda Amerika konsulluğu immiqrant viza ərizələrini qəbul etmir. Buna görə də həmin qalib yoldaşlar müsahibə üçün Gürcüstana getməlidirlər.

    Qeyd 2: Bunu başa düşmək üçün bu mövzunu iki dəfə oxumağınız faydalıdır . Müddətin özünəməxsus bir xüsusiyyəti olduğundan, buna öyrəşməniz müəyyən bir vaxt tələb edəcəkdir.

    DV2020 aşağıdakı mərhələlərdən ibarətdir:

    1) Dvprogram.state.gov saytından qalib olduğunuzu öyrəndikdən sonra, DS-260 formasını özünüz və ilkin müraciət ərizəsində göstərilən ailə üzvləriniz üçün də doldurmaq lazımdır. Əgər ilkin müraciət ərizəsində qeyd etdiyiniz məlumatlarınızda (evlilik, boşanma, doğum və s.) müəyyən bir dəyişiklik olubsa , yeni doldurulacaq olan DS260 formasında məlumatlarınızı yeniləməyi unutmayın!
    Qalib olduğunuzu və sonradan intervyu tarixinizi öyrənə biləcəyiniz yeganə ünvan dvprogram.state.gov internet saytıdır.

    2) DS260 formalarını yesilkartforum.com/cekilis/ internet ünvanında hazırlamış olduğum nümunəyə əsasən doldurun. (Bu paketdə siz DS260 formasında hər bir sualın ingilis dilində olan mənasını anlayacaqsınız) Formaları tez doldurmuş dostların bir çoxu daha sonra formalarda hər hansısa səhvlər etdiklərini görürlər. Buna görə formaları dərhal doldurmanızı tövsiyyə etmirəm , formanı doldurmanı bir həftəyə kimi uzadın və sonda cavablarınızı yenidən yoxlayıb formalarınızı təsdiq edib göndərin. Ayrica formalarınızı doldurarkən Youtube Kanalimizi də su videolarından istifadə edə bilərsiniz:

    Formalarınızı doldurduqdan və onlayn göndərdikdən sonra etməniz lazım olan tək şey səbirlə gözləməkdir. DV2021 prosesi 2020-ci ilin oktyabrında başlayacaq və 2021-ci ilin sentyabr ayında başa çatacaq. Bu müddət ərzində yesilkartforum.com forumunda ABŞ-da həyat haqqında olan məlumatları oxumağı və ABŞ-da yaşayan dostların təcrübəsindən faydalanmağı tövsiyyə edirəm.

    Vaxt çizelgesi:

    alt text

    3) Formanı online olaraq doldurduqdan sonra, sonda barkodlaşdırılmış təsdiq səhifəsi alacaqsınız və bu səhifəni özünüzlə birlikdə viza görüşməsinə gedərkən aparmaq lazım olacaq (Sonradan da istənilən vaxt səhifəyə daxil olaraq həmin barkodlu təsdiq səhifəsini əldə edə bilərsiniz).

    4) DS-260 formalarınızı təsdiq edib göndərdikdən və nömrəniz aktiv olduqdan sonra, dvprogram.state.gov ünvanında şəxsi səhifənizə daxil olaraq müsahibə tarixinizi öyrənə bilərsiniz. Müsahibə tarixiniz məlum olduqdan sonra, sizə dvprogram.state.gov səhifəsinə daxil olaraq şəxsi kabinetinizi yoxlamaq üçün KCC-dən bir e-mail gələcək. Bu məlumat ilkin müraciət ərizənizdə qeyd etdiyiniz e-mail ünvanınıza göndəriləcək.

    5) Surecte-a Ötən il görə bəzi dəyişikliklər olmuşdur. İndi sənədləri KCC-yə elektron poçtla göndərməlisiniz.

    Əgər ‘intervyu tarixi’ emaili əvəzinə, KCCdən intervyu üçün lazım olan sənədləri online formada onlara göndərməyiniz haqqda bir email gəlibsə, intervyu üçün lazım olan sənədləri KCCə email vasitəsiylə göndərməlisiniz. Əlavə məlumat üçün daxil olun:

    Əgər KKCə intervyu sənədlərini göndərməlisinizsə aşağıdakı linkə daxil olun

    (bu konuda guncellemeler var fakat hala cevirisi yapilmadi, cevirisi buraya aktarilana kadar su konunun ilk iletisini inceleyebilirsiniz: https://yesilkartforum.com/forum/topic/3423/dv2021-mulakat-deneyimleri/1)

    Sadəcə olaraq, bu sənədləri KCCnin email ünvanına, yəni kccdvdocuments@state.gov’a göndərməlisiniz. Bu sənədləri online əldə edə bilsəniz, alın. Əks halda dövlət qurumlarından kağız halında əldə edib özünüz online versiyaya çevirin. Bir foto kamera ilə və ya telefonunuzla da sənədlərin şəkillərini çəkə bilərsiniz. Önəmli olan sənədlərin oxunula bilməsidir. Sənədlər İngilis dilində olmalıdır. KCC'ə bu sənədləri göndərməmiş, intervyu tarixi aila bilməyəcəksiniz. Ona görə də əgər belə bir email qəbul etsəniz, sənədləri KKCə göndərməlisiniz, əgər belə bir email sizə gəlməyibsə, o halda sənədləri KKC üçün yox, konsulluqdakı intervyu üçün hazırlamalısınız. KKCə bu sənədləri göndərdikdən sonra, intervyu tarixinin çıxmağını gözləməlisiniz. İntervyu tarixi bəlli olanda sizi məlumatlandıracaqlar.

    Documents Required for All Applicants:

    • Copy of passport biodata page (no translation required) - pasaportunuzun ilk səhifələrinin kserokopiyası

    • Birth certificate - doğum haqqında şəhadətnamə

    • Military records for any applicant who has previously served in the military - hərbi bilet

    • Police certificates for applicants 16 years of age or older from all required countries - heç bir cinayət törətmədiyinizə dair arayış (ASAN xidmətdən ala bilərsiniz) [Əgər başqa ölkədə yaşamısınızsa, o ölkənin səfirliyindən də belə sənəd almalısınız]

    • If you have been convicted of a crime, a certified copy of each court record and any prison record - əgər hər hansı bir cinayət törətmiş və cəza almısınızsa məhkəmədən bu haqda qeydləri (tərcüməsi ilə birlikdə) almalısınız

    6) Sənədləri KCC-yə elektron poçtla göndərdikdən sonra sizə müsahibə üçün bir tarix təyin olunması üçün case nömrəniz "aktiv" (current) olmalıdır. Viza görüşünüz sıra nömrəniz aktiv yəni cut off olduqda 6 həftə qabaq bəlli olacaq. O şərtlə ki, həmin nömrə aktiv olan müddətə kimi siz Ds260 formasını təsdiq edib göndərmiş olasınız. Sıra nömrələri kiçik olanlar sıra nömrələri yüksək olanlardan öncə görüşə çağırılacaqlar.

    Hansı "case nömrələrinin" aktiv olduğunu hər ay açıqlanan viza bületenindən bilmək olar. Hər ayın 15-nə kimi növbəti viza bülleteni çıxır və açıqlanacaq viza bülletenində “Europe” bölməsində olan "cari" nömrəyə baxmaq lazımdır. Azərbaycan ve Türkiyə “Europe” kateqoriyasında yerləşən ölkələrdəndir.

    Bundan başqa növbəti aylarda açıqlanacaq nömrələr haqqında məlumat visa bülletenində "C. DIVERSITY (DV) IMMIGRANT CATEGORY RANK CUT OFF WHICH WILL APPLY..." başlığı adı altında açıqlanır. Beləliklə, misal üçün biz indi may ayındayıq, həmin ay “İyun” adı altında iyul ayı ərzində görüşə çağrılacaq növbəti sıra nömrələri elan olunacaq.

    Bu link vasitəsilə ötən illərdə hansı nömrələrin hansı aylarda açıqlandığını görə bilərsiniz: https://yesilkartforum.com/bulten/

    Zəhmət olmasa bu ünvana daxil olaraq özünə aid məlumatları excel faylında qeyd edin:

    DV2021 cədvəli: https://bit.ly/3csLtWZ

    Zəhmət olmasa bu tablonu forumda qeydiyyatdan keçən və ya keçməyən bütün DV2021 qalibləri doldursun. Bu, bütün DV2021 qalibləri üçün faydalı bir məlumat olacaqdır.

    DV2015 cədvəli: http://bit.ly/1CgoTHT
    DV2016 cədvəli: http://bit.ly/1JRqgEd
    DV2017 cədvəli: http://bit.ly/2538r1F
    DV2018 cədvəli: http://bit.ly/2oUsb7r
    DV2019 cədvəli: http://bit.ly/2L0H2pM
    DV2020 cədvəli: http://bit.ly/2V0zMOz

    Sizin sıra nömrəniz aktiv olduqdan sonra görüş tarixinizi dvprogram.state.gov səhifəsinə daxil olaraq öyrənə bilərsiniz. Dvprogram.state.gov səhifəniz yeniləndiyi zaman sizə KCC-dan bir e-mail gələcəkdir. ( Bəzən e-mail gəldikdən 3-4 saat sonra səhifədə məlumatlarınız yenilənmiş olur).

    Müsahibə tarixiniz KCC tərəfindən təyin edilir və sonra sizin şəxsi dosyeniz online olaraq təyin etdiyiniz konsulluğa göndərilir . Azərbaycanda yaşayan Azərbaycanlılar üçün viza görüşü Amerikanın Gürcüstandakı Konsulluğunda keçirilir.


    7) Müsahibə tarixinizi öyrəndikdən sonra etməniz gərəcək şeylər aşağıdakıladır:

    • müsahibə üçün sənədlərin hazırlanması
    • təyin edilmiş tibb mərkəzindən sağlamlıq arayışının alınması
    • Konsulluqda Viza görüşməsi
    • Vizanın alınması və gediş üçün hazırlıqlara başlamaq
    • ABŞ-a daxil olmazdan əvvəl online olaraq USCİS rüsumunun ödənilməsi

    8.) Müsahibə üçün aşağıdakı sənədləri hazırlamalısınız:

    Müsahibəyə girəcək hər bir kəs üçün:

    • DV lottery saytında qazandığınızı bildirən məktub
    • Ən azı 6 ay etibarlılıq müddəti olan passport və pasportun biometrik səhifəsinin kopiyası
    • özünüzün və sizinlə səfirliyə gedən hər bir ailə üzvünün arxa fon ağ rəng 5 x5 ölçülü 2 ədəd şəkil
    • DS260 formanızın "confirmation" səhifəsi (ən sonda barkodlu olan səhifə)
    • doğum şəhadətnaməsinin əsli , İngilis dilinə tərcüməsi və notarial təsdiqi (mühasibəyə gedəcək hər bir kəs üçün)
    • Nigah haqqında şəhadətnamə və ingilis dilinə tərcüməsi (əgər evlisinizsə)
    • Əgər boşanmısınızsa , boşanma haqqında şəhadətnamə
    • Xarici ölkədən Məhkumluq haqqında arayış (əgər özünüz və ya digər ailə üzvləriniz hansısa ölkədə ən azı 6 ay yaşamısınızsa həmin ölkədən də polisdən məhkumluq haqqında arayış almaq lazımdır. 16 yaşdan yuxarı şəxslərə aiddir bu. Əgər hal hazırda xaricdəsinizsə və həmin ölkədə olmağınız ən azı 6 aydırsa, həmin ölkədən də məhkumluq haqqında arayış almaq lazımdır)
    • Hərbi bilet - yalnız kişilər üçün (əsgərlikdə olub olmamağınız fərq etmir). Əgər oxuyursunuzsa və hərbi biletiniz yoxdursa, yaşadığınız rayonun voenkomatından sizə hərbi bileti əvəz edən sənəd vermiş olmalıdırlar.
    • Məhkumluq haqqında arayış (evlisinizsə həyat yoldaşınız və 16 yaşdan yuxarı uşaqlar üçün də bu arayışı alın. Bu arayışı 1 günə ASAN xidmətdən ala bilərsiniz. Bu sənədi səfirlikdə görüşünüzə bir iki həftə qalmış alın. Çox erkəndən almağa ehtiyac yoxdur)
      Qeyd: Əgər özünüzün və ya həyat yoldaşınızın başqa soyadı (məsələn qızlıq soyadı) olubsa həmin soyadlar üçün də ayrıca məhkumluq haqqında arayış alınmalıdır.

    Yalnız qalib üçün:

    • Atestat (9 illik məktəbi bitirmək şəhadətnaməsi yox, 11 illik məktəbi bitirmə atestatı). Bu yalnız qalib olmuş şəxsə aiddir. Digər ailə üzvlərinə ehtiyac yoxdur. Attestatınız normalda evinizdə olmalıdır, əgər evinizdə deyilsə böyük ehtimal sonuncu oxuduğunuz universitetdə olmalıdır. Əgər universitet oxumusunuzsa, universitet diplomunu da tərcümə təsdiq etdirib səfirliyə apara bilərsiniz. Əgər hal hazırda universitet oxuyursunuzsa, böyük ehtimal universitetdən atestatın orijinalını almaqda çətinliyiniz ola bilər, keçən ilki qaliblərimizdə də bu çətinlik olmuşdu. Amma istənilən halda almalısınız və attestatın özünü səfirliyə aparmalısınız.

    • Əgər orta təhsil haqqında attestata malik deyilsinizsə keçmiş iş təcrübənizə dair sənəd təqdim etməlisiniz.(Həmin iş təcrübəniz Amerika Əmək Nazirliyi'nın O* net iş bazasının tələblərinə uğun olmalıdır. O*Net OnLine verilənlər bazası iş təcrübələrini beş iş sahəsinə (job zone) bölmüşdür. Əmək Nazirliyi web saytında bir çox işlərdən bəhs edilsə də yalnız müəyyən peşələr green kart lotereyası proqramına iştirak üçün uyğundur. Peşənizə əsaslanaraq green kart lotereyası proqramına qatılmaq istəyirsinizsə, son beş il içində, verilənlər bazasında iş sahəsi (job zone) 4 və ya 5 olan və xüsusi Peşə Hazırlıq səviyyəsi (Specific Vocational Preperation - SVP) 7.0 və ya daha yüksək olan bir peşədə , ən az 2 (iki) illik bir iş təcrübəsinə malik bir işə sahib olmalısınız.

    Qeyd:

    • İngilis dilində olmayan bütün sənədləriniz ingilis dilinə tərcümə olunmalı və notarial qaydada tərcüməçi tərəfindən təsdiq olunmalıdır.
    • Əgər İngilis dili və ya gürcü dili bilmirsinizsə konsulluqda olan müsahibənizə bir tərcüməçi ilə də gedə bilərsiniz.
    • 330 dollar viza rüsumunuzu müsahibə gününüzdə Tiflisdə konsulluğunda ABŞ dolları və ya gürcü larisi ilə nağd şəkildə ödəyə bilərsiniz.
    • Müsahibənizi uğurla keçsəniz pasportunuz konsulluqda qalacaq, səhərisi günü pasportunuz viza vurulmuş şəkildə sizə təqdim olunacaq.

    9) Sağlamlıq: Viza görüşünüzə xüsusi olaraq təyin olunmuş həkimdən tibbi yoxlanışlar haqqında arayış da aparmalı olacaqsınız. Bu arayışı viza görüşünə daxil olacaq hər bir kəs təqdim etməlidir.

    Sağlamlıq haqqında arayışı alacağınız ünvan:

    International SOS Clinic Baku
    Xətai rayonu, Yusif Səfərov küçəsi 1, AZ 1025, Baku , Azerbaijan
    Tel: (994 12) 489-54 71
    Fax: (994 12) 489-54 70
    E-mail: BAKmarketing@internationalsos.com

    Telefon vasitəsilə xəstəxanada müayinə günü aldıqdan sonra, aşağıdakı sənədlərlə ora yaxınlaşmalısınız:

    • Pasport
    • Konsulluqda görüşünüzü bildirən məktub (dvprogram.state.gov səhifəsindən çap edin)
    • Son zamanlarda çəkilmiş 4 şəkil (3x4)
    • Əvvəllər olunduğunuz peyvəndlərin siyahısı (əgər varsa)

    Qeyd:

    • Sağlamlıq yoxlanışınızı keçdikdən sonra sizə konsulluqda viza görüşünüzə aparmaq üçün bağlı bir zərf veriləcəkdir. Bu zərfi açmaq olmaz !
    • Sizə təqdim olunacaq sağlamlıq haqqında arayış 6 ay ərzində etibarlı olacaqdır. Amerikaya ilk girişinizi sağlamlıq haqqında arayışınızın etibarlılıq müddəti bitənə qədər etməlisiniz.

    Ayrıca olaraq əlavə məlumat üçün bu saytları da nəzərdən keçirə bilərsiniz :

    10) Vizanızı aldıqdan sonra ABŞ-a girməzdən öncə online olaraq 220 $ USCİS rüsumunu ödəməlisiniz. Bu rüsumu ödəməsiniz, Green Kartınız sizə göndərilməyəcəkdir. Ətraflı məlumat üçün su seansını nəzərdən keçirə bilərsiniz: https://yesilkartforum.com/forum/topic/113/uscis-immigrant-fee-ödeme-ekran-görüntüleriyle

    11) Green Kartla ABŞ-da qalma müddətləri lə bağlı ətraflı məlumatları da burdan dəqiqləşdirə bilərsiniz:
    https://yesilkartforum.com/forum/topic/77/green-card-sahiplerinin-abd-dışında-kalış-süreleri

    keywords: Azerbaycan / Azerice / Azeri / Tiflis / Baku / Lotereya / Galip / Qalip


  • ⭐⭐⭐⭐⭐

    Mən Azərbaycan dilini yaxşı bilmirəm. Bu faylın hazırlanmasında mənə köməklik edən forum istifadəçimiz @azeusa - ya çox minnətdaram.

    Lutfen sualınızda sadə bir dillə yazın. Google translate istifadə edərək suallarınıza cavab verəcəyəm.



  • merhaba sorum : sumqayitda yasiyorum(bakuye 30km mesafede deniz kiyisinda sehir) .adres kismina Sumgait mi yazmaliyim Sumgayitmi soruyorum farkli cevablar aliyorum?


  • ⭐⭐⭐⭐⭐

    @Rufus, içinde söyledi: DV2020 Azərbaycan Green Card lotereyasi qalibləri

    merhaba sorum : sumqayitda yasiyorum(bakuye 30km mesafede deniz kiyisinda sehir) .adres kismina Sumgait mi yazmaliyim Sumgayitmi soruyorum farkli cevablar aliyorum?

    Elinizdeki resmi belgelerde nasil yaziyorsa o sekilde cevap vermeniz daha dogru olur. Eger iki hali de kullaniliyorsa, hangisini kullandiginiz cok onemli degil.



  • Salam,
    Menim dogum haqqinda sehadetname ve herbi biletimde (Birth certificate & Military records) ata adim ferqli yazilib (yani 1 harf farkli). KCC artiq documentler ucun email gonderib. Mene ne meslehet gorursunuz? Senedleri oldugu kimi gonderim ya senedlerde duzelish etmek lazimdir? @crazycells



  • Salam menim greencard kazananlatdanım ben karım ve 2 çocuğum CN 15XXX BENİM MULAKATA VE MULAKATDAN ÖNCE EVRAKLARI ONLİNE İSTEME emaili ne zamana tesadüf eder ? 20 eylülde confirme ettim biraz geç kaldım qaliba. İlk seferde greencardı kazanamadım ve 2ci seferde kazandım ama ilk defa kullandığım fotoyla confirme olduk sorun olurmu.önceden teşekkürler cevaplarsanız sevinirim


  • ⭐⭐⭐⭐⭐

    @totali88, içinde söyledi: DV2020 Azərbaycan Green Card lotereyasi qalibləri

    Salam,
    Menim dogum haqqinda sehadetname ve herbi biletimde (Birth certificate & Military records) ata adim ferqli yazilib (yani 1 harf farkli). KCC artiq documentler ucun email gonderib. Mene ne meslehet gorursunuz? Senedleri oldugu kimi gonderim ya senedlerde duzelish etmek lazimdir? @crazycells

    Fayl nömrəniz az olduğundan sənədləri əvvəlcə düzəltməyinizi məsləhət görürəm. Redaktə etdikdən sonra KCC-yə göndərirsiniz.

    Sizcə, qısa müddət ərzində düzəldəcəklər? Neçə aydır?


  • ⭐⭐⭐⭐⭐

    @AnarH, içinde söyledi: DV2020 Azərbaycan Green Card lotereyasi qalibləri

    Salam menim greencard kazananlatdanım ben karım ve 2 çocuğum CN 15XXX BENİM MULAKATA VE MULAKATDAN ÖNCE EVRAKLARI ONLİNE İSTEME emaili ne zamana tesadüf eder ? 20 eylülde confirme ettim biraz geç kaldım qaliba. İlk seferde greencardı kazanamadım ve 2ci seferde kazandım ama ilk defa kullandığım fotoyla confirme olduk sorun olurmu.önceden teşekkürler cevaplarsanız sevinirim

    E-poçtun yaxın 1 və ya 2 ayda gələcəyini düşünürəm. Düşünürəm ki, fotoqrafiya problem olmayacaq, amma konsul qərarı verəcəkdir.



  • @crazycells Bu senedlerin duzeldilmesi üçün mueyyen arasdirmalar teleb olunur ve 3-4 ay davam ede biler, sonda netice olmaya da biler. Sovet dovrunde verilmish sened oldugu ucun problemlidir.
    Passportda ata adi Mahmut yazilib, diger 2 senedde ise Mahmud. Men hal hazirda oldugu kimi senedleri gonderib, konsulluqda bunu izah ede bilerem sizin fikrinizce?



  • @crazycells teşekkür ederim cevap için. Bu yıl bir kaç kazananı cancel eliyib konsulluq fotoya göre . Eski foto olduğu için


  • ⭐⭐⭐⭐⭐

    @totali88, içinde söyledi: DV2020 Azərbaycan Green Card lotereyasi qalibləri

    @crazycells Bu senedlerin duzeldilmesi üçün mueyyen arasdirmalar teleb olunur ve 3-4 ay davam ede biler, sonda netice olmaya da biler. Sovet dovrunde verilmish sened oldugu ucun problemlidir.
    Passportda ata adi Mahmut yazilib, diger 2 senedde ise Mahmud. Men hal hazirda oldugu kimi senedleri gonderib, konsulluqda bunu izah ede bilerem sizin fikrinizce?

    Dediyiniz kimi etməlisiniz. Konsulluqda sənədlərin niyə səhv olduğunu izah edirsiniz. Düşünürəm ki, onsuz da sovet dövründən qalan sənədlərə öyrəşiblər.


  • ⭐⭐⭐⭐⭐

    @AnarH, içinde söyledi: DV2020 Azərbaycan Green Card lotereyasi qalibləri

    @crazycells teşekkür ederim cevap için. Bu yıl bir kaç kazananı cancel eliyib konsulluq fotoya göre . Eski foto olduğu için

    Vizanın bu şəkildə rədd edildiyini hələ eşitmədik. Sadəcə izahatlarda deyilir.



  • @crazycells Baküde olan bir firmayla konuşdum ben 2 gün önce. Firmadan dedilerki birkaç talihli cancel almış foto eski olduğu veya 2ci defa kullanıldığı için. Ama visa alanlarda var eski resimlerle.. kesin bilgi. Duyuru olarak bildirseniz iyi olur. Başvuru yapanlar bilsinler . 1 2 yıl önceki resimlerini kullanmasınlar



  • @crazycells Tesekkur edirem cavablandirdiginiz ucun


  • ⭐⭐⭐⭐⭐

    Mulakatla ilgili guncellemelerin cevirisi yapilmaktadir. Guncellemeler tamamlanana kadar KCC'ye belge gonderimi ile ilgili olarak su konunun ilk iletisini inceleyebilirsiniz:

    https://yesilkartforum.com/forum/topic/3423/dv2021-mulakat-deneyimleri/1

    Ceviriler bu konuya aktarildiktan sonra duyurusunu yapacagim.



  • Salam,
    Sovetlər birliyi dövründən verilmiş doğum haqqında şəhadətnamə (Birth certificate) kiril hərifləri ilə yazıldığından dəyişdirilməlidirmi ?
    Əgər sənətdə möhür köhnəlmişsə və tam oxunmursa dəyişdirilməlidirmi ?
    Həyat yoldaşım main applicant -dı. Ailiə qurduqdan sonra soy adını dəyişib. Bu səbəbdən köhnə soy adı ilə qeyd olunmuş sənətlər (Atestat, diplom, doğum haqqında şəhadətnamə ) dəyişməlidirmi ?


  • ⭐⭐⭐⭐⭐

    @2RAL, içinde söyledi: DV2021 Azərbaycan Green Card lotereyasi qalibləri

    Salam,
    Sovetlər birliyi dövründən verilmiş doğum haqqında şəhadətnamə (Birth certificate) kiril hərifləri ilə yazıldığından dəyişdirilməlidirmi ?
    Əgər sənətdə möhür köhnəlmişsə və tam oxunmursa dəyişdirilməlidirmi ?
    Həyat yoldaşım main applicant -dı. Ailiə qurduqdan sonra soy adını dəyişib. Bu səbəbdən köhnə soy adı ilə qeyd olunmuş sənətlər (Atestat, diplom, doğum haqqında şəhadətnamə ) dəyişməlidirmi ?

    Bəli, bütün sənədləri yeniləyin. İngilis dilində tərcüməni də edin. Möhür oxunmursa, bu sənədin yenisini əldə edin.

    Ancaq diplomu dəyişdirməyiniz lazım olduğunu düşünmürəm. Yalnız dövlətdən aldığınız sənədləri yeniləməlisiniz.



  • Salam hamınıza. Aranızda Azerbaycan dilindeki ev adresini ingilizce dilinde yazmama yardım edebilecek birisi var mı ? ( Azerbaycan dilim yaxsı değil )



  • @Orhan-Cabarov, içinde söyledi: DV2021 Azərbaycan Green Card lotereyasi qalibləri

    Salam hamınıza. Aranızda Azerbaycan dilindeki ev adresini ingilizce dilinde yazmama yardım edebilecek birisi var mı ? ( Azerbaycan dilim yaxsı değil )

    Salam,
    ev adresinin tercumesine gerek olmadigini dusunurem, resmi senedlerde oldugu kimi yazsaniz kifayet eder mence. Siz deqiqlesdirin, eger yene mutleq lazimdirsa, yardimci ola bilerem.



  • Arkadaşlar merhaba, ben Azerbaycanlıyım ve şu an İstanbuldayım. Sınırlar kapalı olduğu için bir süre daha burada kalıcam gibi duruyor. Ben gerekli belgeleri Türkiyedeki Azerbaycan konsolosluğundan talep edebiliyor muyum? Çok değişik bir zamanda kazandım, nasıl ilerlesem bilemedim. 🙂 Böyle bir tecrübesi olan varsa paylaşsın lütfen.



Benzer Başlıklar

64
Online

11.8k
Users

2.9k
Topics

179.6k
Posts

| | | |

Powered by NodeBB